Facebook Pixel Code
Göykilsə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Göykilsə - İrəvan quberniyasının İrəvan qə¬zasında, keçmiş Ellər (Kotayk, Abovyan) rayo¬nunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzindən 47 km cənub-şərqdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 80), Qafqazın 5 verstlik xəritəsində (348, s. 59) qeyd edilmişdir. Burada 1828-ci ilə kimi yalnız azərbay¬canlı əhali yaşamışdır. Ermənilər buraya 1828- 1829-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə 1873-cü ildə 293, 1886-cı ildə 333, 1897-ci ildə 424, 1914-cü ildə 890 nəfər azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deporta¬siya edilmişdir. Burada 1922-ci ildə 94, 1926-cı ildə 100, 1931-ci ildə 170 nəfər azərbaycanlı yaşamışdır (415, s. 44-45, 124-125). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qə¬rarına əsasən, əhalisi Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim rəng bildirən "göy" sözü ilə "kilsə" sö¬zünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Kaputan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazi¬sinə daxil edilmişdir (416, s. 108).
Coğrafi koordinatları: 40°19' şm. e., 44°41' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow