Facebook Pixel Code
Aynazur
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aynazur - İrəvan quberniyasının Şərur- Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyə­sindən 1610 m hündürlükdə yerləşir. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamış­dır. Ermənilər Aynazur kəndinə 1828-1829-cu il­lərdə İranın Xoy və Səlmas vilayətlərindən köçü­rülmüşdür (427, s. 158; 416, s. 13). Kənddə ermə­nilərdən başqa, 1897-ci ildə 75, 1926-cı il­də 4 nəfər azərbaycanlı yaşamışdır (415, s. 90- 91). 1926-cı ildən sonra azərbaycanlılar kənd­dən çıxarılmışdır. Hazırda burada ermənilər ya­şayır. Toponim türk dilində "cin, şeytan" məna­sında işlənən "ayna" sözü ilə (359, I (1), s. 17) türk dilində "yarğan" mənasında işlənən "car" sözü (339, s. 178-179) əsasında əmələ gələn "zur" sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Erm. SSR AS RH- nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Axavnadzor" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Vayotsdzor vilayətinin inzibati əra­zisinə daxil edilmişdir (416, s. 13).

Coğrafi koordinatları: 39°47' şm. e., 45°13' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow