Facebook Pixel Code
Türk Qarakilsəsi
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-qərbdə, dəniz səviyyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Le- ninakan rayonunun tərkibində olmuşdur. "İrə­van əyalətinin icmal dəftəri"ndə (143, s. 133), Qafqazın 5 verstlik xəritəsində (348, s. 17) qeyd edilmişdir. Kənddə 1886-cı ildə 410, 1897-ci ildə 484, 1904-cü ildə 554, 1914-cü ildə 911 nəfər azərbaycanlı yaşamışdır (415, s. 42-43,122-123). 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri qırğınlar törətmiş, əhalini kənddən didərgin salmışdır. Türkiyənin Muş, Sasun, Xnıs (Hnıs), Qars vilayətlərindən ermənilər köçü­rülərək kənddə yerləşdirilmişdir. Hazırda kənd­də yalnız ermənilər yaşayır. Kənd xristian türk­lərə (qıpçaqlara) aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlandırıl­mışdır. Toponimin əvvəlindəki "türk" etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı İlə kən­din adı dəyişdirilərək "Axurik" qoyulmuşdur. "Er­mənistan Respublikasının İnzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 11).

Coğrafi koordinatları: 40°45' şm. e., 43°47' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow