Facebook Pixel Code
Şahəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Şahəli - İrəvan quberniyasının Aleksan­dropol qəzasında, keçmiş Quqark (Qarakilsə) rayonunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 21 km şimal-şərq­də, dəniz səviyyəsindən 1030 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşa­mış, ermənilərin bölgədə məskunlaşdırılmasın- dan sonra əhali tədricən kəndi tərk etmişdir. Adı şəxs adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 10 aprel 1947-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vahaqni" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 185).

Coğrafi koordinatları: 40°54' şm. e., 44°36' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow