Təkəli - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 20 km cənub-şərqdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərində qeyd edilmişdir (143, s. 236). Erməni müəlliflərinin əsərlərində "Təkərli" kimi də göstərilir (415, s. 16). Kənddə 1831-ci ildə 41,1873-cü ildə 335, 1886-cı ildə 469, 1897-ci ildə 534, 1908-ci ildə 641,1914-cü ildə 807,1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən törədilən qırğınlar nəticəsində kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 248, 1926-cı ildə 303, 1931-ci ildə 416 (415, s. 16-17, 100-101), 1939-cu ildə 509, 1959-cu ildə 944, 1970-ci ildə 951, 1979-cu ildə 878 (416, s. 38), 1987-ci ildə 1000 nəfərə yaxın azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və qırğınlar nəticəsində tarixi torpaqlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim qızılbaşlar türk tayfasına mənsub olan "təkəli" etnonimi (175, s. 16) əsasında yaranmışdır. Tayfanın adı "təkə" formasında da qeyd edilir (238, s. 214). Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Artavaz" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 38).
Coğrafi koordinatları: 40°37' şm. e., 44°34' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/