Facebook Pixel Code
Talış
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Talış - İrəvan quberniyasının Eçmiədzin qəza­sında, keçmiş Əştərək (Aştarak) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aş­tarak (Əştərək) şəhərindən 29 km cənub-qərb­də, dəniz səviyyəsindən 1220 m hündürlükdə yerləşir. Məşhur Talış karvansarası bu kəndin ərazisindədir. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışlar. 1828-1829-cu illərdə Türkiyənin Bəyazid vilayətindən köçürülən ermə­nilər kənddə yerləşdirilmişdir (427, s. 509). Kən­din ərazisində XIII-XIV əsrlərə aid azərbaycan­lıların tikdikləri qədim qalanın xarabalıqları indi də durur. Toponim qızılbaş türk tayfasından olan "talış" etnonimi (91, s. 195) əsasında əmələ gəl­mişdir. Erm. SSR AS RH-nin 11 noyabr 1970-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aruç" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 39).

Coğrafi koordinatları: 40°17' şm. e., 44°04' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow