Novur - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, keçmiş Şəmşəddin (Berd) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 43 km cənub-qərbdə, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun-laşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Kəndin adı mənbələrdə "Navur", "Nov- çali" (415, s. 74), "Nəvur" (97, s. 182) formalarında qeyd edilir. Toponim Azərbaycan dilində "gölməçə" mənasında işlənən "nohur" sözü əsasında əmələ gəlmişdir. Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Navur" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 143).
Coğrafi koordinatları: 40°51' şm. e., 45°19' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/