Facebook Pixel Code
Kiçik Şəhriyar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kiçik Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 14 km cənub-qərbdə, Araz çayından axan arxın sahilində, dəniz səviyyəsindən 865 m hündürlük­də yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 290). Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, Türkmənçay müqaviləsinə (1828) əsasən, ermənilərin bölgədə məskunlaşdırılma- sından sonra əhali kəndi tədricən tərk etmişdir. Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə "Şəhriyar" şəxs adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qə­rarı ilə kəndin adı dəyişdirilərək "Nor Artaqers" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 148).

Coğrafi koordinatları: 40°04' şm. e., 44°00' ş. u. 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow