Facebook Pixel Code
Toxanşahlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Toxanşalı - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Ar­taşat (Qəmərli) şəhərindən 3 km şimal-qərbdə, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Toğanşah- h" (143, s. 99), erməni müəlliflərinin əsərlərində "Toxanşahlı" (415, s. 48) kimi qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermə­nilərin bölgədə məskunlaşdırılmasından son­ra əhali tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə İranın Xoy və Səlmas vilayətlərindən kö­çürülüb yerləşdirilmişlər. Toponim türk dilində "böyük arx", "dəhnə, bənd" mənasında işlənən "toqan" sözü ilə (339, s. 555) "şahılı” (şahlı) et­nonimi (142, s. 73) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Masis" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 132).

Coğrafi koordinatları: 40°04’ şm. e., 44‘>26' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow