Facebook Pixel Code
Başkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Başkənd (Keşişkənd) - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeq­nadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 7 km şimal-şərqdə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində, dəniz səviyyə­sindən 1540 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 34) Ermənilər kəndə 1829-1830-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür (416, s. 194). Kənddə 1897-ci ildə 23, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s. 92- 93). 1928-1929-cu illərdə azərbaycanlılar kənd­dən köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "böyük, əsas" mənasında işlənən "baş" sözü ilə kənd coğrafi nomeninin birləşməsi əsasında əmə­lə gəlmişdir. Erm. SSR AS RH-nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Verna- şen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 194).

Coğrafi koordinatları: 39°47' şm. e., 45°21' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow