Facebook Pixel Code
Gözəldərə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Türk Gözəldərəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Ala­göz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhə­rindən 55 km şimal-qərbdə, Alagöz dağının şi­mal ətəyində, Qarabulaq çayının yanında, də­niz səviyyəsindən 2190 m hündürlükdə yerləşir. Kənd bəzi mənbələrdə "Yuxarı Gözəldərə", "Tatar Gözəldərəsi" kimi (415, s. 4), Qafqazın 5 verstlik xəritəsində "Tatar Gözəldərəsi" formasında (348, s. 58) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 63, 1873-cü ildə 413, 1886-cı ildə 509, 1897-ci ildə 618, 1904-cü ildə 732, 1914-cü ildə 894, 1916-cı ildə 716 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 45, 96-97). 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri yenidən qırğın­lar törətmiş, əhalini kənddən didərgin salmışdır. Kənddə 1918-1920-ci illərdə Türkiyənin Muş və Bitlis, İranın Xoy və Səlmas vilayətlərindən köçü­rülüb gətirilən ermənilər yerləşdirilmişdir (415, s. 97; 85, s. 95). Toponim "türk" etnonimi ilə "güllü, çiçəkli" mənasını bildirən "Gözəldərə" sözünün birləşməsindən əmələ gəlib, "türklə­rin (azərbaycanlıların) yaşadığı Gözəldərə kən­di" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyiş­dirilərək "Geğadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 53).

Coğrafi koordinatları: 40°37' şm. e., 44°10' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow