Facebook Pixel Code
Qarğabazar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qarğabazar - İrəvan quberniyasının Eçmi­ədzİn qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 40 km cənub-şərqdə, Qarasu çayının kənarında, dəniz səviyyəsindən 830 m hündürlükdə yer­ləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edil­mişdir (348, s. 121). Kənddə 1873-cü ildə 574, 1886-cı ildə 602, 1897-ci ildə 569, 1904-cü ildə 688, 1914-cü ildə 728, 1916-cı ildə 615, 1919- cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). 1919-cu ilin sonlarında kənd əhalisi erməni silahlı birləşmələrinin təca­vüzünə məruz qalmış, sakinlər qırğınlar nəticə­sində kənddən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalan­lar ata-baba torpaqlarına qayıda bilmişlər. Kənd­də 1922-ci ildə 192, 1926-cı ildə 190, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Er­mənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azər­baycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənddə 1946-1947-ci illərdə xaric­dən köçürülüb gətirilən ermənilər yerləşdirilmiş­dir. Hazırda kənddə ermənilər yaşayır. Toponim "qarğa" türk etnoniminə (286, s. 63) "alış-veriş yeri" mənasında işlənən "bazar" sözünün artı­rılması ilə yaranıb, "qarğa tayfasının alış-veriş yeri" mənasını ifadə edir (93, s. 31). Erm. SSR AS RH-nin 25 may 1965-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Haykaşen" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 117-118).

Coğrafi koordinatları: 40°04' şm. e., 44°18' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow