Çorlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində kənd. Kəndin adı "Çırpılı", "Bostançı xaraba" formalarında da qeyd edilir (415, s. 20). Vilayət mərkəzi Gümrü şəhərindən 25 km şimalda, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 287). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Toponim türk mənşəli "çor" etnoniminə (287, s. 106-107) mənsubluq bildirən "-lu" şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Çor tayfasının kəndi, yaşayış yeri" mənasını bildirir. Erm. SSR AS RH- nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lernatsk", 21 oktyabr 1967-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Lerna- gyuğ" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 87).
Coğrafi koordinatları: 40°57' şm. e., 43°55' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/