Bacoğlu - Qars vilayətinin Şörəyel nahiyəsində, sonradan Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 7 km şimal-qərbdə, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543, 1904-cü ildə 600, 1914-cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır (415, s. 40, 123). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyənin Ərzurum, Muş, Qars vilayətlərindən ermənilər köçürülərək burada yerləşdirilmişdir (416, s. 118). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə qayıda bilmişdir. Burada ermənilərdən başqa, 1922-ci ildə 23, 1926-cı ildə isə 28 nəfər azərbaycanlı yaşamışdır (415, s. 40-41, 122- 123). 1928-1929-cu illərdə azərbaycanlılar tamamilə kənddən köçürülmüşdür. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim oğuzların bo- zoklu tayfasının adından qalmadır. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Haykavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 118).
Coğrafi koordinatları: 40°48' şm. e., 43°45' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/