Facebook Pixel Code
Mədinə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Mədinə - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Martuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 42 km cənub-şərqdə, Əyriçayın yanında, dəniz səviy­yəsindən 2175 m hündürlükdə yerləşir. Qafqa­zın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 164). Kənddə 1873-cü ildə 208, 1886-cı ildə 296, 1897-ci ildə 346, 1908-ci ildə 429, 1914-cü ildə 752, 1916-cı ildə 736 nəfər yalnız azər­baycanlı yaşamışdır (415, s. 66-67, 140-141). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləş­mələrinin təcavüzünə məruz qalmış və qırğınlar nəticəsində qovulmuşlar. İndiki Ermənistan əra­zisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri qayıda bilmişlər. Bura­da 1922-ci ildə 85 nəfər azərbaycanlı yaşamış (415, s. 140-141), 1923-1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermə­nilərdən başqa, kənddə 61 nəfər azərbaycanlı yaşamışdır (415, s. 140-141). Kəndin yerli sakin­ləri olan azərbaycanlılar 1930-cu illərdə sıxışdı- rılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyə və İrandan gələn ermənilər kəndə yerləşdirilmişdir. Hazırda burada ermə­nilər yaşayır. Toponim ərəb dilində "şəhər" mə­nasında işlənən "mədinə" sözü (104, s. 340; 361, s. 141) əsasında əmələ gəlmişdir. Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqə­sinin adı "Madina" kimi yazılır. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 131).

Coğrafi koordinatları: 40°04' şm. e., 45°15' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow