Facebook Pixel Code
Bulxeyir
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bulxeyir - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 14 km şimalda, Abaran çayının sağ qolu üstündə, Alagöz dağı­nın ətəyində, dəniz səviyyəsindən 1875 m hün­dürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrə­van əyalətinin müfəssəl dəftəri"ndə "Bulxeyir" (143, s. 174), 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Əbülxeyir" (143, s. 54), Qafqazın 5 verstlik xəritəsində "Blxer" (348, s. 40) formalarında qeyd edilmişdir. Kəndin adı erməni müəlliflərinin əsərlərində "Plxer", "Bulxayır" kimi də göstərilir (415, s. 4). Bulxi et­noniminə türk dilində "igid, qoçaq" mənasında işlənən "ər" sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Bulxer bulqar etnoniminin fonetik variantıdır. Toponim bulxer etnonimin­dən əmələ gəlmişdir. Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Erm. SSR AS RH-nin 19 aprel 1950-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Şenavan" qo­yulmuşdur. "Ermənistan Respublikasının inziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 157).

Coğrafi koordinatları: 40°28' şm. e., 44°22' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow