Təpədölək - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-şərqdə, dəniz səviyyəsindən 1530 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində "Təpədöllək" (415, s. 42), "Təpədəlik" (427, s. 426) kimi də göstərilib. Kənddə 1809-cu ilə kimi azərbaycanlılar yaşamışdır. 1810-1815-ci illərdə Türkiyənin Ələşkirt və Ərzurum vilayətlərindən köçürülən ermənilər kəndə yerləşdirilmişdir (427, s. 426). Toponim Azərbaycan dilində "qayalıq, dağlıq yer" mənasında işlənən "təpə" sözü ilə "Kitabi-Dədə Qorqud" dastanında adı çəkilən "Dönə bilməz Dölək Uran" şəxs adındakı "dölək" sözü əsasında əmələ gəlib, "Döləyə məxsus təpə" anlamını verir. Antropotoponimdir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arevik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 32).
Coğrafi koordinatları: 40°44' şm. e., 43°53' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/