Facebook Pixel Code
Kiçik Arıxvəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kiçik Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonun­da, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 28 km cənub-şərqdə, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. "İrə­van əyalətinin icmal dəftəri"ndə (143, s. 128), Qafqazın 5 verstlik xəritəsində (348, s. 19) qeyd edilmişdir. Ermənilər kənddə 1828-1829-cu illər­də Türkiyənin Qars, Muş və Xnıs (Hnıs) vilayət­lərindən köçürülərək yerləşdirilmişdir. Topo­nim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən "kiçik" sözündən və arıxlı tayfası­nın adını (193, s. 159; 76, s. 34) əks etdirən "arıx" sözü ilə "Vəli" şəxs adının birləşməsindən əmələ gəlib, "arıxlı tayfasından olan Vəliyə məxsus kənd" mənasını verir. Zaman keçdikcə "arıxvəli"- nin özü etnonimə çevrilmişdir. Erm. SSR AS RH- nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Pokr Mantaş" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 203).

Coğrafi koordinatları: 40°39' şm. e., 44°03' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow