Facebook Pixel Code
Yuxarı Türkmənli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Yuxarı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşa­bad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərin­dən 15 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 837 m hündürlük­də yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 248) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 64, 1873-cü ildə 262, 1886-cı ildə 360, 1897-ci ildə 438, 1904-cü ildə 510, 1914-cü ildə 540, 1916-cı ildə 460,1919-cu ildə 460 nəfər azərbaycanlı ya­şamışdır (415, s. 82-83, 152-153). Kənd 1919-cu İlin yazında erməni silahlı birləşmələrinin hücu­muna məruz qalmış, sakinlər qırğınlar nəticəsin­də tarixi-etnik torpaqlarından qovulmuş, 1915- 1918-ci illərdə Türkiyənin Sasun vilayətindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdi­rilmişdir (427, s. 304). İndiki Ermənistan ərazisin­də sovet hakimiyyəti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1926-cı ildə 11, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). Kənddə yaşayan azərbaycanlılar 1930- cu illərin ortalarında sıxışdınlaraq kənddən çıxa­rılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə qızılbaşların "türkmən" etnoniminə (175, s. 18) "-li" şəkilçisinin qoşulmasından əmələ gəl­miş "türkmənli" etnonimi əsasında formalaşmış­dır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il ta­rixli qərarı ilə kəndin adı dəyişdirilərək "Apaqa" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci İl tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 23).

Coğrafi koordinatları: 40°05' şm. e., 44°15' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow