Facebook Pixel Code
Qoytur
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qoytur (Qoytul) - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vi­layətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 4 km qərbdə, Arpaçayın sağ qolu olan Qoytul çayının yaxınlığında, də­niz səviyyəsindən 1170 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 58), Qafqazın 5 verstlik xəritəsində (348, s. 138) qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində kən­din adı "Qoytul", "Kotur" formalarında da göstə­rilir (415, s. 92). 1828-1830-cu illərdə İrandan kö­çürülən ermənilər kəndə yerləşdirilmişdir (386, s. 615-618). Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 36 nəfər, 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır (415, s. 92-93). 1928-1930-cu illərdə azərbaycanlılar kənddən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim qədim türk dilində "dərənin dibi" mənasında işlənən "koy" (qoy) sözü ilə (399, s. 142) "möhkəmləndi­rilmiş yaşayış yeri, qala" (299, s. 587), "çəpərlən­miş təpə" (359, III (1), s. 1466) mənasında işlənən "tur" sözünün birləşməsindən əmələ gəlmişdir. Tarixi və coğrafi ədəbiyyatda "tur/tura" sözü "dur" formasında "dərə", "aşırım", "dağ keçidi" mənalarında (339, s. 194) işlənmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Getap" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 58).

Coğrafi koordinatları: 39°45' şm. e., 45°18' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow