Facebook Pixel Code
Başkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Başkənd - İrəvan quberniyasının İrəvan qə­zasında, Keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 42 km cənub-qərbdə, dəniz sə­viyyəsindən 1450 m hündürlükdə yerləşir. "İrə­van əyalətinin icmal dəftəri"ndə Başköy for­masında (143, s. 79), Qafqazın 5 verstlik xəritə­sində "Başkənd" kimi (348, s. 34) qeyd edilmiş­dir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlı­lar yaşamışdır. 1829-cu ildə İranın Səlmas və Xoy vilayətlərindən ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s. 146). Kənddə ermə­nilərlə yanaşı, 1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s. 44-45). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni si­lahlı birləşmələri tərəfindən tarixi torpaqların­dan deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim türk dilində "baş", "çayın mənbəyi", "dağın zirvəsi", "yuxarı", "əsas", "böyük" mənalarında işlənən "baş" sözü ilə (339, s. 76-77) "kənd" coğrafi nomeninin birləşməsin­dən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 ap­rel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Akunk" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 13).

Coğrafi koordinatları: 40°16' şm. e., 44°01' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow