Facebook Pixel Code
Bozabdal
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bozabdal - Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, keçmiş Quqark (Qarakilsə) rayo­nunda, indi Lori vilayətində kənd. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 3 km şimal-şərqdə, Pəmbək çayının sol sahi­lində, Bozabdal dağının ətəyində, dəniz səviyyə­sindən 1615 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində "Bzovdal" (415, s. 130; 427, s. 548), Qafqazın 5 verstlik xəritəsində "Bzobdal", "Bzovdərə" kimi (348, s. 35) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşa­mış, ermənilərin bölgədə məskunlaşdırılmasın- dan sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim türkmənşəli "boz" (287, s. 254) və "ab­dal" etnonimlərinin (355, s. 16) birləşməsindən əmələ gəlmişdir. Erm SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Bazum" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 41).

Coğrafi koordinatları: 40°52' şm. e., 44°26' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow