Abşeron rayonunda bir baş idarə kimi Mərkəzi Rayon Xəstəxanası, 2 qəsəbə xəstəxanası, 2 poliklinika, 11 həkim məntəqəsi, 2 tibb məntəqəsi, Mərkəzi Rayon Xəstəxanası nəzdində fəaliyyət göstərən təcili və təxirəsalınmaz yardım şöbəsi əhaliyə Səhiyyə xidməti göstərir.
Mərkəzi Rayon Xəstəxanasının binası əvvəl bir uşaq bağçası kimi fəaliyyət göstərmişdir və əsaslı təmir olunaraq 1983-cü ildən 60 çarpayılıq uşaq infeksion xəstəxanası kimi istifadəyə verilmişdir. Bina 2 dəfə əsaslı təmir olunmuşdur. 2006-cı ildən 2008-ci ilin avqust ayına kimi xəstəxana binası Rayon Rəhbəri Cənab Zakir Fərəcovun göstərişi əsasında rekonstruksiya və əsaslı təmir olunaraq 80 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası kimi əhalinin istifadəsinə verilmişdir. Bina 2 mərtəbəli və birmərtəbəli korpusdan və birmərtəbəli əlavə korpusdan ibarətdir. Hazırda 85 çarpayılıq xəstəxanada 25 doğum, 20 pediatriya, 20 cərrahiyyə, 5 terapiya, 5 ginekoloji, 5 qulaq-burun-boğaz, 5 reanimasiya çarpayıları fəaliyyət göstərir