Mozalan studiyası "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir.
"Mozalan" satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edir.
Direktoru və bədii rəhbəri Orxan Fikrətoğludur.
"Mozalan" studiyası 2008-ci ildə İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb.