Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Film Fondu
Baxış sayı:
  • Ünvan:
    Moskva, Bakı, Yasamal, AZ1012
  • Telefon:
    (+994 12) 404-04-85, (+994 12) 404-04-86
  • E-poçt:
Avtobus

Sovet dövründə Azərbaycanda istehsal olunmuş filmlər SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə, televiziyanın sifarişi ilə çəkilmiş filmlər isə SSRİ Teleradio Fonduna təhvil verilirdi. SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin xətti ilə çəkilmiş filmlər Moskva şəhərində yerləşən SSRİ Dövlət Film Fondunda cəmləşdirilirdi ki, ilkin materialları bu gün də oradadır. Azərbaycanda qalan film nüsxələri isə «Azərbaycanfilm» kinostudiyasında və «Azərprokat» İstehsalat Birliyində saxlanılırdı. Təbii ki, o dövrdə filmlərin saxlanılma şəraitinin normal olmaması, həddən çox istismarı nəticəsində onlar yararsız vəziyyətə düşürdü.

Nəhayət, 1994-cü ildə respublikamızda "Azərkinovideo" İstehsalat Birliyi nəzdində Dövlət Film Fondu təşkil olundu.

    Azərbaycan Dövlət Film Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də kino sənətinin təbliği ilə bağlıdır. Özü də təkcə milli kino sənətimiz yox, həm də xarici filmlərin təbliği. Bununla bağlı hazırlanan tədbirlər proqramı əsasında Azərbaycanın bir sıra görkəmli kino xadimlərinin yaradıcılıq gecələri və yubileyləri keçirilir.

Dövlət Film Fondu elmi-tədqiqat mərkəzi kimi də fəaliyyətdədir. Burada kino tariximizlə bağlı müxtəlif çap məhsulları hazırlanır. Misal olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilən, həmçinin elektron versiyası hazırlanan filmlərin kataloqu göstərilə bilər.

Son xəbərlər