Facebook Pixel Code
GoMap XƏRITƏ
Şamaxı Olimpiya Mərkəzi
Baxış sayı:
  • Ünvan:
    Seyid Əzim Şirvani, Şamaxı, AZ5600
  • Telefon:
    (+994 2026) 6-65-21, (+994 51) 960-32-32
  • E-poçt:
Avtobus

Xanəgah kompleksi qədim Şamaxıdan İrana və digər Yaxın Şərqin başqa ölkələrinə gedən qədim ticarət yolu üzərində yerləşir.

İçərisində Azərbaycanda elmi-fəlsəfı fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış görkəmli alim-fılosof Pir Hüseyn Rəvananın qəbri olan bu tikinti kompleksinin orta əsrlərdə böyük nüfuzu və hörməti var idi. Belə ki, bu müqəddəs sayılan məzara ilin hər bir fəslində çoxlu zəvvarlar gələrdi.

Dövrünün şəfqətli ibadətgahı sayılan Xanəgah tikinti kompleksinin abidələrinin kitabələri bir daha təsdiq edirlər ki, bütün burada olan tikililər XIII-XV əsrlərdə inşa edilmişdir. Rus tədqiqatçısı V.A.Kraçkovskaya Xanəgahın öyrənilməsini və tədqiqini üç dövrə bölür: birinci dövr - 1858-1861-ci illərdir; ikinci dövr - 1907-ci il və üçüncü dövr – 1935-36-cı illər.

Hələ, 1858-ci ilin avqust ayında ilk dəfə olaraq rus şərqşünası İ.X.Bartolomey Xanəgahda olmuş və öz təəssüratını məktub vasitəsilə Peterburqa, şərqşünas akad. B.Dorna göndərmişdi. Baxmayaraq ki, o tikililəri son dərəcədə xarabazar kimi görmüşdü, lakin burada olan kitabələr, türbənin və məscidin al-əlvan kaşi bəzəkləri onu heyrətə gətirmişdi. B.Dorn 1861-ci ildə Xanəgahda olmuş və onun kitabələri ilə tanış olmuşdu.

XX əsrin əvvəllərində də burada tədqiqat işləri görülmüşdü. Lakin abidə üzərində əsaslı tədqiqat işləri 30-cu illərdə aparılır ki, burada da memar V.Sısoyev, tarixçilərdən V.A.Kraçkovskaya və Ə.Ələsgərzadə işləyirlər. Onlardan sonra 40-cı illərdə memar S.P.Payqorodskiy, daha sonralar isə tarixçilərdən A.Seyidzadə, M.Nemət kompleksin tikililəri və onların kitabələri üzərində tədqiqat işləri aparırlar.

Hündür bürclü divarlarla əhatə edilmiş Xanəgah kompleksinin memarlıq abidələri orta əsr əzəmətini bu gün belə saxlamışdır. Abidələrin üzərindəki XIII-XV əsrlərə aid daş kitabələrin bəziləri indi də qalmaqdadır.

Xanəgah müxtəlif binalardan ibarətdir. Kompleksin tikililərinə aşağıdakılar daxildir: dörd qala divarları; qərb divarı yanında məqbərəli məscid və digər tikintilər; şimal divarı yanında naməlum bina; həyətdə yerləşən minarə; abidənin xaricində tikilmiş tövlələr, cənub-qərb və şimal tərəflərdə yerləşən bir sıra xırda tikintilər. Bizə qədər nisbətən salamat gəlib çatan hissələr Pir Hüseyn məqbərəsi və minarədir. Məscid və onun yanındakı tikintilər dördkünc qala divarının içərisində olmuşdur. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışla bəzədilmişdir. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə gözəl, bədii surətdə işlənmiş Pannolar vardır. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalmışdır. Üzərində zərlə yazılmış kitabələr olan kərpiclər çıxarılıb, bir qədəri Peterburqa Ermitaja, bir neçəsi - Giircüstana «Dövlət» muzeyinə, Moskvaya «Şərq mədəniyyət muzeyi»nə və hətta Avropanın «Luvr», Britaniya və başqa ölkələrin muzeylərinə də aparılmışdı. Məscidin mehrab hissəsi isə Bakıya gətirilmiş və hal-hazırda bu hissə Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində nümayiş etdirilir. Əks halda biz bu gözəl bədii əsəri də itirə bilərdik.

Tikililərin içərisindən ən çox diqqəti cəlb edən bina Pir-Hüseyn ibn Əli- nin məqbərəsi olmuşdur. Divarların dördü də şirli kərpiclə bəzənmiş, gözəl xətt ilə yazılar olan lövhələr vurulmuşdu. Həzrətin qəbri binanın ortasında idi və üstü şirli kərpiclə örtülmüşdü.

Minarənin oturacağının kvadrat hissəsinin ölçüsü 3x3 metr, hündürlüyü isə 17 metrdir. İçərisində daşdan hörülmüş dolama pilləkəni vardır ki, bunun da vasitəsilə minarənin üst hissəsinə qalxmaq olar.

Mehtərlər üçün tikilmiş otaqlar ayrıca olaraq abidənin cənub-şərqində yerləşir. Qala divarlarına bənzər yüksək hasardakı mazqallar, habelə tiplərdə düzəldilən hündür qüllələr kompleksin bütünlüklə müdafiə xarakterli istahkama oxşadır.

Tikintinin şərqə doğru tərəf hissəsində təxminən 300-500 metr aralıda qədim qəbiristanlıq vardır ki, burada çoxlu başdaşlı qəbirlər mövcuddur. Ola bilsin ki, bu məzarlar ətraf kəndlərin sakinlərinindir, onları burada, müqəddəs sayılan yerdə dəfn etmişlər.

Abidənin bütün tikililəri əhəngdaşından tikilmişdir. Şərq divarı. portalın üzərində olan dördsətrli, ərəbdilli kitabədə deyilir ki, binanın tikilməsinə Əbul Müzəffəra Fəhriburz bin Kərşasi bin Fərruxzad bin Mənuçöhrün dövründə əmr edilmişdir və sonra göstərilir ki, abidə: «böyük ixtiyar sahibi, Xorasanın Müzəffəri, dinin və dövlətin şərəfi Həzər-Visan adlanan Şərəf Əd-Dövlə vəd- Din Həsən bin Mühəmməd ibn Hüseyn Əl-Bəvadi sədrin vəsaitinə tikilmişdir». Kitabədə hicri 641-ci il. miladi 1243-44-cü il həkk edilmişdir.

Kitabədə Şirvanşah III Fəhriburzun adı çəkilir.

Kitabədə maraqlı termin Həsənin babası, Hüseyn Əl-Bəvadi sədrin «Həzər-Visan»dır. Tədqiqatçılar belə güman edirlər ki, «Həzər-Visan», «visan-başı» vəzifəsinə uyğun olan bir böyük hərbi vəzifə olmuşdur. Məs., Nizam-Əl-Mülk «visan-başı» vəzifəsinin Səmanilər sarayında qeyd edərkən yazır ki, bu vəzifənin əlamətləri qara mahud papaqdan və gümüşü bəzədilmiş Gəcə libasından ibarət idi. Bu vəzifədən sonra «xeyli-başı», yəni taqım rəisi vəzifəsi və sonra «xəcib» vəzifəsi gəlirdi ki, bu da, həmçinin Yaxın Şərq dövlətlərində hərbi vəzifə idi.

XII—XIII əsrlərdə, «sədr» vəzifələrin daşıyıcıları ruhani və inzibati ida- rələrin başçıları idi. Vəzifə nəsli idi. Hökmdarın sədr vəzifəsini tutmuş şəxsə münasibətindən asılı olaraq sədr vəzifəsinin nüfuz dairəsi dəyişə bilərdi.Vaxtilə məscidin mehrabının üstündə yazı var idi, bu kitabə idi. Kitabə Bakıya gətirilmişdir. Kitabədə hicri 665-ci il (miladi 1266-67) və Şirvanşah Əbu-1- Fəth Fərruxzadın adı çəkilir. Mehrabın ətraf hissələrində də kufı xəttilə yazılmış və zəngin nabatı ornamentlərlə bəzədilmiş kitabə Quran ayələrindən ibarətdir.

Minarənin şərq tərəfində əhəngdaşının üzərində fars dilində yazılmış ikisətirli yazıda 1284-1291-ci illərdə hökmranlıq etmiş böyük monqol hökmdarı Munke Buğa xanın vaxtında onun Azərbaycan canişini Arğun ağanın adı çəkilir. Arğun ağa Böyük xanın Xorasan, İraq, Azərbaycan, Şirvan. Gülüstan, Lur, Kirman və başqa əyalətlər üzrə canişin idi. Kitabənin tarixi yoxdur. Tikintinin səkkizguşəli hissəsində qoyulmuş kitabədən aydın olur ki, minarə 1256-cı ildə tikilmişdir.

Minarənin dairəvi gövdəsində iki tikinti kitabəsi vardır. Burada minarənin Şirvanşah, Axsitanın oğlu II Gərşəsbin göstərişi ilə 1294-cü ildə bərpa edilməsi haqqında məlumat verilir. Bərpa işlərini kitabələrdə deyildiyinə görə memar Şəmsəddin Məhəmməd bin Əli, inşaatçı Mahmud bin İbrahim aparmışlar.

Memar V.Sısoyevin verdiyi məlumata görə abidənin şərq divarında Şir- vanşah I Xəlil-Ullahın (1417-1462) adı ilə əlaqədar olan kitabə də vaxtilə olubmuş. Deməli, bu da Xanəgah kompleksinin XV əsrdə də Şirvanın icti- mai, mənəvi həyatında hələ də mühüm rol oynadığına sübutdur.

Son xəbərlər