Facebook Pixel Code
GoMap XƏRITƏ
İppodrom
Baxış sayı:
  • Ünvan:
    Elçin Kərimov, Qəbələ, AZ3600
Avtobus
İppodrom (Qəbələ Cıdır Kompleksi) – Kompleks 2011-ci ildə istifadəyə verilmiş və həmin il də burada beynəlxalq turnir keçirilmişdir. Azərbaycan Atçılıq Federasiyasının sifarişi ilə inşa olunan kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılmışdır. İnşaat işlərinə 2011-ci ilin iyulunda başlanılmışdır. Ərazidə 4,7 min tamaşaçı yeri olan stadion, 1,6 min metrlik yaşıl ot örtüyündən və 1,6 min metrlik narın qumdan ibarət cıdır meydanı mövcuddur. Bundan başqa, kompleksdə yarışları izləmək üçün 80 kvadratmetrlik monitor, 180 at üçün tövlə, jokeylər üçün 15 ev, konkur oyunları üçün açıq və bağlı manejlər, hər biri 2 min yerlik iki tamaşaçı zalı, gəzinti və istirahət parkı, kafe, restoran, xüsusi avtodayanacaqlar inşa olunmuşdur. Kompleksdə uşaqların at sürməyi öyrənmələri üçün kiçik meydança da fəaliyyət göstərir. http://www.qebele-ih.gov.az/page/41.htmlhttp://www.president.az/articles/3602http://gabalacity-infrastruktur.blogspot.com/2013/09/qbl-cdr-kompleksi.html
Son xəbərlər