Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Baxış sayı:
  • Ünvan:
    Nizami, 113, Bakı, Nəsimi, AZ1000
  • Telefon:
    (+994 12) 493-16-51, (+994 12) 493-34-49, (+994 12) 493-31-88 (tickets)
  • Faks:
    (+994 12) 493-16-51
  • E-poçt:
Avtobus

Azərbaycanda Opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun”-nun H.Z.Tağıyev teatrında tamaşası ilə qoyulmuşdur.
Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır.
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocağıdır. Onun repertuarında milli və klassik opera və balet sənətinin bir çox dəyərli nümunələri möhkəm yer tutur. 
Teatrda 4 böyük kollektiv – opera truppası, simfonik orkestr, balet truppası və xor kollektivi fəaliyyət göstərir.

Son xəbərlər