Facebook Pixel Code
GoMap XƏRITƏ
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Baxış sayı:
  • Ünvan:
    Cavad xan, Gəncə, AZ2000
  • Telefon:
    (+994 222) 56-53-21, (+994 222) 56-54-46
Avtobus

Gəncə Dövlət Filarmoniyasının binası 1985-ci ildə tikilib. Filarmoniya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin № 228-k 27 avqust 1990-cı il tarixli qərarı ilə yaradılmışdır.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası 2017-ci ilin noyabr ayının 10-da yeni inşa edilmiş binada fəaliyyət göstərir. Binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Filarmoniyanın nəzdində aşağıdakı musiqi kollektivləri fəaliyyət göstərir.

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı 1969-cu ildə yaradılmışdır, 1977-ci ildə isə Dövlət statusu verilmişdir.

Ansamblın musiqi heyyəti 55 nəfərdən ibarətdir.

27.08.1990-ci ildə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bazası əsasında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaranmışdır.

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı dəfələrlə Türkiyə Respublikasında, müxtəlif festivallarda, “Dədə Qorqud” festivalında, Azərbaycan Xalq Rəqsləri festivalında, “Giresun – Aksu festivalında”, “Türksoy Novruz şənliklərində” Azərbaycanı təmsil etmişdir.

Kollektiv 2010-cu ilin mart ayında Türkiyə Respublikasında Novruz şənliklərində iştirak etmişdir.

Xalq Çalğı Alətləri Orkestri

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Xalq Çalğı Alətləri Orkestrinin musiqi heyyəti 43 nəfərdən ibarətdir.

Orkestr tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində müvəffəqiyyətlə çıxış edir.

Gəncə Dövlət Kamera Orkestri

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində Kamera Orkestri fəaliyyət göstərir. Kamera Orkestrinin musiqi heyyəti 32 nəfərdən ibarətdir.

Repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarların əsarləri əsas yer tutur.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ictimai əsaslarla “Gülşən” Rəqs Ansamblı fəaliyyət göstərir.

Son xəbərlər