Facebook Pixel Code
GoMap XƏRITƏ
Heydər Əliyev Sarayı
Baxış sayı:
  • Ünvan:
    Bülbül, Bakı, Nəsimi, AZ1014
  • Telefon:
    (+994 12) 498-84-84, (+994 12) 498-84-79 (mühasibatlıq)
  • Faks:
    (+994 12) 593-51-11
  • Web səhifə:
Avtobus

Heydər Əliyev Sarayı — 1972-ci il dekabrın 14-də qapılarını tamaşaçıların üzünə açmışdır. Həmin gün bu möhtəşəm Sarayın səhnəsində ilk böyük – qala konsert keçirilib. Konsertə respublikanın adlı-sanlı, görkəmli incəsənət ustaları qatılıblar.

O zamandan Sarayının səhnəsində –Türkiyə, Yuqoslaviya, Çexoslovakiya, İngiltərə, ABŞ kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimləri çıxış ediblər. Artıq 47 ildir ki, ən mühüm beynəlxalq əhəmiyyətli, respublika miqyaslı, dövlət səviyyəli ictimai–siyasi, mədəni–kütləvi tədbirlər Heydər Əliyev Sarayında keçirilir.

 

Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir.

Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub.

Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞKanada və Yaponiyadan gətirilmiş müasir, dünya standartlarına uyğun işıq və səs texnikası qurulmuşdur.

 

 

Son xəbərlər