Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Baxış sayı:
  • Ünvan:
    Həsrət Ağamalıyev, Bakı, Binəqədi, AZ1054
  • Telefon:
    (+994 12) 412-51-43, (+994 12) 412-62-31
  • Faks:
    (+994 12) 412-62-31
  • E-poçt:
Avtobus
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlamışdır. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur. 1886-cı ildən teatra görkəmli maarifpərvər, pedaqoq Firudin bəy Köçərli rəhbərlik etmişdir. Onun rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Müsyö Jordan və dərviş Məstəli şah" , "Hacı Qara" , Sultanməcid Qənizadənin " Dursunəli və ballıbadı" və sair pyesləri tamaşaya hazırlanmışdır. 1895-1945-ci illər arasında teatra Yunis Nuri rəhbərlik etmişdir. XX əsrin əvvəllərində İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanmışdır. 1928-ci ildə teatr dövlət statusu almışdır. 1935-ci ildə isə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilmişdir. 1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi teatra da öz acı təsirini göstərmiş və 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna köçürülmüşdür. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırılmış və əvəzində həmin bazada xalq teatrı təşkil olunmuşdur. Nəhayət, 1967-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidən bərpa olunmuş və İrəvan şəhərinə köçürülmüşdür. Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddia irəli sürən erməni quldurları 1988-ci ildə teatrın ləvazimatlarını yandırmışlar. Bundan sonra İrəvan teatrı Akademik Milli Dram Teatrının nəzdində teatr - studiya kimi fəaliyyətə başlamışdır. 2000-ci ildən teatra tanınmış aktyor İftixar Piriyev rəhbərlik edir. 2008- ci il fevral ayının 8- də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən Məmməd Əmin Rəsulzadə adına Mədəniyyət Sarayı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi. Bununla da, ilk dəfə İrəvan teatrının ilk daimi binası oldu. İrəvan Dövlət Azərbaycan Dram Teatrı son illərdə Türkiyədə, İranda, Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan vilayətində uğurlu qastrol səfərlərində olmuşdur.
Son xəbərlər