Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Baxış sayı:
Avtobus
Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmışdır. Filarmoniya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasına hal-hazırda Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva rəhbərlik edir. Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsilllər tərəfindən qoruyub, saxlamaq Filarmoniyanın əsas məqsədidir. İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir. Filarmoniyada Uşaq Folklor Mahnı və Rəqs Ansamblı, Uşaq Xalq Çalğı Alətləri Ansamblı, Uşaq Xor Kollektivi, Uşaq Teatrı, Uşaq Kamera Ansamblı, Uşaq Nəfəsli Alətlər Ansamblı, Bacarıqlı Əllər Rəsm dərnəyi, Uşaq Gənclər Simfonik Orkestri, Uşaq Gənclər Xalq Çalğı Alətləri Orkestri kimi kollektivlər fəaliyyət göstərir. Filarmoniya yerli mədəniyyət orqanları, musiqi məktəbləri, yaradıcılıq ittifaqları və başqa ictimai təşkilatlara sıx əlaqədə fəaliyyət göstərir.
Son xəbərlər