Facebook Pixel Code
GoMap XƏRITƏ
Bakı Bələdiyyə Teatrı
Baxış sayı:
  • Ünvan:
    Azadlıq, Bakı, Nəsimi, AZ1007
  • Faks:
    (+994 12) 498-22-60
Avtobus
Bakı Bələdiyyə Teatrı – Azərbaycanın aktrisası Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə yaranmış teatrdır. Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyorluğu" ixtisasını bitirmişdir. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətidir ki, 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Prezident təqaüdçüsüdür. Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının 1995- ci il 8 iyul tarixli 356 nömrəli fərmanı ilə yüksək mükafatla- "Şöhrət" ordeni ilə təltif edilmişdir. Teatrda bir çox tamaşalar səhnələşdirilir, görkəmli sənət adamlarının yaradıcılıq gecələri keçirilir. http://azteatr.musigi-dunya.az/file?id=92&dt=1503
Son xəbərlər