Facebook Pixel Code
GoMap XƏRITƏ
Dynamex MMC Azərbaycan (Türkiyədən kargo)
Baxış sayı:
Avtobus

Dynamex MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında 18 iyun 2019-cu il tarixindən etibarən Sürətli poçt xidməti fəaliyyətini göstərməkdədir. Şirkətimiz Hal-hazırda Türkiyədən şəxsi və korporativ yüklərin həftədə 2 dəfə olmaqla, daşınmasını həyata keçirir. Şirkətimiz AZAL, SilkWay, Türk Hava Yolları kimi təcrübəli aviaşirkətlərlə əməkdaşlıq edir. Dynamex MMC, şirkətin saytı vasitəsilə daşıma xidməti ilə yanaşı, Türkiyənin beynəlxalq hesab kartlarını qəbul etməyən online mağazalarından alış-veriş etməyə, Kapıda ödəmə və digər xidmətlərdən yararlanmağa də dəstək göstərir. Bu məqsədlə şirkət "Sifariş et" xidmətini aktiv etmişdir. Dynamex MMC Gənc şirkət olmasına baxmayaraq, bu sahədə böyük təcrübəyə malik əməkdaşları ilə müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdədir. Dynamex müştərilərin sorğularını Onlayn çat, Facebook, İnstagram, mail və telefon vasitəsi ilə qəbul edir və operativ şəkildə cavablandırılmasını həyata keçirir. Dynamex maksimal dərəcədə müştərilərin maraqlarını nəzərə alır, əməkdaşlıq üçün əlverişli şərait, sərfəli qiymətlər və yüksək keyfiyyətli xidmət təklif edir. Dynamex.az saytında qeydiyyat pulsuzdur və həmişə belə qalacaqdır.

Son xəbərlər