Facebook Pixel Code
GoMap XƏRITƏ
20 Yanvar
Baxış sayı:
  • Ünvan:
    Moskva, Bakı, Nəsimi, AZ1102
Avtobus

“20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksi - 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışı olmuşdur. Xatirə kompleksi Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsənbəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində yerləşir. Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzlənmişdir. Abidənin ətrafındakı meydana da qranit plitə döşənmişdir. Layihəyə əsasən, abidənin arxa hissəsindəki park abadlaşdırılmış, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırılmışdır. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Kompleksin memarı Ədalət Məmmədov, abidənin heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunmuşdur. Postament üzərində isə "20 Yanvar şəhidlərinin əziz xatirəsinə" sözləri yazılmışdır.

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2010&Pid=477

Son xəbərlər