Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait istifadəçilərə təqdim olunub
21.06.2021

M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait hazırlanıb.

Kitabxanadan bildirilib ki, təqdim olunan elektron təlimati metodik vəsait ALİSA proqramının - Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin texniki funksiyalarını açaraq, onun modulları, ayrı-ayrı bölmələri, iş funksiyalarını yerinə yetirən düymələr və ümumiyyətlə, bütün proseslər haqqında ətraflı məlumatın verilməsinə xidmət edir.

ALİSA (Automated Library İnformation System of Azerbaijan) kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək məqsədilə yaradılıb. Sistem kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaranmasına imkan verir.

Elektron təlimati metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/alisa.pdf linkindən istifadə edə bilərlər.

Oxşar Xəbərlər

    ×