Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb
23.06.2022

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Azadə Novruzova “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə bildirib.

Şair-publisist Azadə Novruzovanın əsasən vətən mövzusundan, Qarabağ həqiqətlərindən, Xocalı faciəsindən bəhs edən bədii yaradıcılıq nümunələri rus, ingilis, türk, yapon, ərəb, fars dillərinə tərcümə edilərək Türkiyə, Rusiya, Ukrayna, İraq, İran, Misir və digər xarici ölkələrdə geniş yayılıb.

O, “Nəsimi”, “ЛИФФТ” Festivallar Festivalının və “Nizami Gəncəvi Forumu”nun iştirakçısı olub.

Avrasiya Ədəbiyyat Hərəkatının, 2021-ci ildə İstanbulda keçirilən “ЛИФФТ” Festivallar Festivalının TOP 10 nominasiyası üzrə və Festivalın diplomları ilə təltif edilib.

Azadə Novruzovanın 2020-ci ildə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünyaya çatdırmaqda, günahsız uşaqların qətlinə etiraz əlaməti olaraq yazdığı və ingilis, rus dillərinə tərcümə edilmiş “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında Ombudsman Aparatında videoçarx hazırlanıb. Videoçarx Ombudsman Aparatının sosial şəbəkələrində və respublikanın, xarici ölkələrin informasiya mənbələrində geniş yayılıb. Bu layihəyə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Layihəyə müvəkkilin 2020-ci il illik məruzəsində də yer verilib.

Oxşar Xəbərlər

    ×