Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Əfsanəvi “Titanik” filmi yenidən kütləvi nümayişə buraxılacaq
23.06.2022

Dünyaşöhrətli rejissor Ceyms Kameronun əfsanəvi “Titanik” filmi ekran əsərinin 25 illiyi münasibətilə yenilənmiş formada dünya üzrə kütləvi nümayişə buraxılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə filmin prodüseri və “Lightstorm Entertainment”in icraçı direktoru Con Landau Barselonada “CineEurope” çərçivəsində keçirilən təqdimatda məlumat verib.

Onun sözlərinə görə, izləyicilər “Titanik”in yenilənmiş versiyasını 3D 4K HDR formatında 2023-cü il fevralın əvvəlində görə biləcəklər. Çox güman ki, filmin kütləvi nümayişi sevgililər gününə təsadüf edəcək.

Qeyd edək ki, "Titanik"in ilk 3D versiyası 2012-ci ildə təqdim edilib. Filmin ümumi kassa gəliri 2,2 milyard dollardır. Birinci yeri isə C.Kameronun digər filmi olan "Avatar" tutur.

Xatırladaq ki, “20th Century Fox” kinoşirkətinin ərsəyə gətirdiyi “Titanik” filmində iki gənc sevgilidən - müflis olmuş zadəgan ailəsinin üzvü Rouz və evsiz amerikalı rəssam Cekin faciəvi sevgi hekayəsindən bəhs edilir. O dövrün standartlarına görə, 200 milyon dollarlıq nəhəng büdcəsi ilə bu film ən ön sıralardakı yerini “Avatar” filmi çıxana qədər uzun illər saxlaya bilib. Əfsanəvi “Titanik” filmi həmçinin Amerika Kino Akademiyasının 11 mükafatına layiq görülüb.

Oxşar Xəbərlər

    ×