Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bakıdakı Rus Evində “Oxuyan tar” adlı konsert proqramı təşkil olunacaq
19.07.2022

İyulun 21-də Bakıdakı Rus Evində (RİMM) Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, beynəlxalq festival və müsabiqələr laureatı Sahib Paşazadənin “Oxuyan tar” adlı solo konsert proqramı təşkil olunacaq.

RİMM-dən AZƏRTAC –a verilən məlumata görə, konsert çərçivəsində Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək.

Konsertdə Sahib Paşazadəni Əməkdar artist, pianoçu Nərgiz Əliyeva müşayiət edəcək.

Qeyd edək ki, Azərbaycan bəstəkarlarının orkestrlə tar üçün yazdığı 30-dan çox konsertdən 9-u Sahib Paşazadəyə həsr olunub. Həmçinin azərbaycanlı tarzənin virtuoz ifasının güclü təəssüratı ilə şəxsən ona həsr olunmuş 15-ə yaxın əsər yazılmışdır ki, onlardan biri də braziliyalı bəstəkar Benjamin Taubkinin yazdığı əsərdir. Bu, dünya musiqi tarixində Azərbaycanda baş verən ən nadir faktdır. Dünyanın 50-dən çox ölkəsində 40-dan çox solo konsert proqramı ilə çıxış edən musiqiçinin repertuarında Azərbaycan, Qərbi Avropa və Latın Amerikası bəstəkarlarının 500-dən çox əsəri yer alıb.

Oxşar Xəbərlər

    ×