Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalq artisti Yalçın Əfəndiyevin 85 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək
21.07.2022

İyulun 22-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin 85 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Fonddan AZƏRTAC-a bildirilib ki, gecədə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunacaq, rejissorun mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında söhbət açılacaq, həmçinin Y.Əfəndiyevin rejissoru olduğu və 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Yusif Məmmədəliyev” sənədli filmi nümayiş olunacaq.

Oxşar Xəbərlər

    ×