Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Polşada keçiriləcək beynəlxalq müsabiqəyə 50-dən çox ölkəni təmsil edən pianoçular qatılacaq
27.01.2020

Polşada keçiriləcək Frederik Şopen adlı klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək.

Müsabiqəyə Azərbaycanla yanaşı, dünyanın 53 ölkəsindən 16-30 yaşlı musiqiçilər qatılacaqlar.

Beynəlxalq müsabiqə artıq 18-ci dəfə təşkil olunur. İştirakçıların sayı ilbəil artır. Təkcə Çindən müsabiqədə iştirak üçün 100-dən çox pianoçu ərizə təqdim edib.

Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də keçiriləcək. Qaliblər oktyabrın 2-də keçiriləcək finalda bəlli olacaq.

Oxşar Xəbərlər

    ×