Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Hollivud ulduzu Kianu Rivz “Ağ şəhərdəki şeytan” filmində baş rola çəkiləcək
05.08.2022

“Matrix” və “Con Uik” filmlərinin ulduzu Kianu Rivz Martin Skorsezenin “Ağ şəhərdəki şeytan” adlı filmində baş rola çəkiləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, layihə Erik Larsonun eyniadlı kitabı əsasında hazırlanacaq. Ekran əsəri 1893-cü ildə Çikaqo ümumdünya sərgisi ilə tarixdə öz izini qoymağa çalışan istedadlı memar Daniel H.Bernhemin real hekayəsindən bəhs edir. Filmin çəkiliş xərcləri “Disney” şirkətinin videoyayım platforması “Hule” tərəfindən qarşılanacaq.

Qeyd edək ki, bir neçə il əvvəl baş rola iddialı hesab edilən Hollivud ulduzu Leonardo Di Kaprio da “Ağ Şəhərdəki İblis” filminin yaradılmasında M.Skorseze ilə yanaşı prodüser kimi iştirak edəcək.

Oxşar Xəbərlər

    ×