Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycanın M2 magistral yolunda keçid inşa edilir
16.08.2022

M-2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

Bu barədə Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

İki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51, 6 metr, eni 3 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.

Keçiddə özül svaylarının vurulması yekunlaşıb , hazırda dayaqların tikintisi aparılır.

Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Oxşar Xəbərlər

    ×