Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
XTNS-nin “Azərbaycan” pavilyonu “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filmini təqdim edəcək
07.09.2022

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonu moskvalı tamaşaçılara “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filmini təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı sentyabrın 10-11-də “Maket Moskvı” (“Moskvanın maketi”) pavilyonunda keçiriləcək.

Bu ekran əsərində Rusiya ilə Azərbaycan arasında dərin mədəni və tarixi əlaqələrdən bəhs edilir. Film Moskvanın mərkəzində əslən Azərbaycandan olan görkəmli şəxsiyyətlərlə bağlı tarixi məkanlara virtual ekskursiya təsiri bağışlayır. Bu film iki pavilyonun müştərək layihəsidir.

Filmin təqdimatı sentyabrın 10-da saat 14:10-da “Maket Moskvı” pavilyonunda olacaq.

Oxşar Xəbərlər

    ×