Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Məşhur aktrisa Keyt Uinslet çəkiliş meydançasında xəsarət alaraq xəstəxanaya yerləşdirilib
19.09.2022

Məşhur Hollivud aktrisası Keyt Uinslet Xorvatiyada yeni "Li" filminin çəkilişləri zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, filmin çəkiliş heyəti aktrisanın çəkiliş meydançasında sürüşərək yıxıldığını qeyd edib: “Keyt yıxılıb xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Bu səbəbdən də ekran əsəri üzərində iş müvəqqəti olaraq dayandırılıb. Onun vəziyyəti yaxşıdır və bu həftə tam gücü ilə çəkilişlərə qayıtmağa hazır olacaq”, - deyə filmin prodüseri vurğulayıb.

Xatırladaq ki, Keyt Uinslet hələ 2015-ci ildən “Li” filmində baş rola dəvət olunub. Ona əsas obraz olan İkinci Dünya müharibəsi illərinin müxbiri Li Miller rolunu oynamağı təklif ediblər.

Oxşar Xəbərlər

    ×