Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun Zəyəm-Qırılı hissəsinin tikintisi yekunlaşıb
20.09.2022

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Bu barədə Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Məlumata görə, artıq 130 km-lik yolun 39,8-82,2-ci km-lik (42,4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.

Layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı ümumilikdə 72,5 metr, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edir.

Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri hissə üzrə icra olunur. 42,4 km-lik 2-ci hissənin 1-ci texniki dərəcəyə uyğun inşası artıq bitib, 39,8 km-lik 1-ci hissənin tikitisi isə yekunlaşmaq üzrədir.

Oxşar Xəbərlər

    ×