Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycanda turistlər üçün heykəllər üzərində məlumat lövhəsi quraşdırılacaq
05.10.2022

Bundan sonra ucaldılacaq bütün heykəllərin üzərində turistlər üçün məlumat lövhələri quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu, turistlərin məlumatlandırılması baxımından əlverişli olacaq.

Nazir tədricən bu üsulun əvvəlki heykəllər üzərində də tətbiqinin nəzərdə tutulduğunu vurğulayıb.

Oxşar Xəbərlər

    ×