Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Gənclər Kitabxanası görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazasını hazırlayıb
11.10.2022

Azərbaycanın tarixində ilk ərəbşünas qadın, böyük alim Aida İmanquliyeva bütün həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək, şərəfli bir ömür yaşamış, bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə böyük nüfuz qazanıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlayaraq oxuculara virtual rejimdə təqdim edib.

AZƏRTAC xəbər verir ki, elektron bazada şərqşünas alim Aida İmanquliyevanın həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasif Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida İmanquliyeva haqqında səsləndirdikləri fikirlər, eyni zamanda, görkəmli şəxsiyyətə məxsus foto və videoxatirələr yer alıb.

Bundan əlavə kitabxananın əməkdaşları tərəfindən görkəmli alimin həyat və elmi fəaliyyətinə həsr edilmiş, özündə çoxlu sayda kitab və dövrü mətbuat nümunələrini, cəmləyən “Nəciblik nümunəsi” adlı virtual sərgi və “Gözəllik və müdriklik timsalı –Aida İmanquliyeva” adlı məlumat bülleteni də hazırlanıb.

Qeyd edək ki, Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru olub. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida xanım Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olub, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.

Oxşar Xəbərlər

    ×