Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Muğam Mərkəzi və Yunanıstanın ölkəmizdəki səfirliyi arasında Anlaşma memorandumu imzalanıb
18.10.2022

Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqkos Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb. Görüş zamanı səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda BMM və Yunanıstanın ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində Anlaşma memorandumu imzalanıb.

Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və səfir Nikolaos Piperiqkos imzalayıb.

Direktor Murad Hüseynov memorandumun mədəni əməkdaşlığa mühüm töhfə olacağına əminliyini ifadə edib.

Oxşar Xəbərlər

    ×