Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Milli Kitabxanada “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgi istifadəçilərə təqdim edilib
18.10.2022

Oktyabrın 18–i Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur.

Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, ölkəmizin müstəqillik tarixi, təhsil sistemi, inkişaf yolu, xarici siyasəti və s. ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Oxşar Xəbərlər

    ×